• Bakı 14° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.9534

    RUB - 2.0988

102 min manatlıq dələduzluq: Evi girov qoyaraq... - FOTO

HADİSƏ

06 Dekabr 2024 | 08:52

102 min manatlıq dələduzluq: Evi girov qoyaraq... - FOTO

Quba Rayon Polis Şöbəsinin əməkdaşları dələduzluq etməkdə təqsirli bilinən Əziz Seyidov və Mahir Bayramovu saxlayıblar.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.

Verilən məlumata görə, adıçəkilən şəxslər qabaqcadan əlbir olaraq özgənin etibarından sui-istifadə etməklə bir nəfərin əmlakını ələ keçiriblər.

Onlar zərər çəkmişə onu işə düzəldəcəkləri vədini verərək Bakı şəhərində yerləşən evini girov qoyub əvəzində pul götürüblər. Lakin vədlərinə əməl etməyərək həmin şəxsə 102 min manat maddi ziyan vurublar.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


SON XƏBƏRLƏR