• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Narkotik keçirmək istəyən İran vətəndaşı SAXLANILDI

HADİSƏ

15 Dekabr 2023 | 10:54

Narkotik keçirmək istəyən İran vətəndaşı SAXLANILDI

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsi İrandan Azərbaycana 15 kiloqramdan çox narkotik keçirmək istəyən İran vətəndaşını saxlayıb.

Bu barədə Bakıvaxtı.az-a DSX-dən məlumat verilib.

Bildirilib ki, dekabr ayının 14-də saat 15:55-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran İslam Respublikası vətəndaşı saxlanılıb.

Saxlanılan şəxsin üzərindəki bağlamaya baxış keçirərkən 15 kiloqram 600 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026