• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Naxçıvanın 5 kəndində hərbi sursatlar aşkarlanıb - YENİLƏNİB + FOTO/VİDEO

CƏMİYYƏT

04 Iyun 2024 | 19:06 | Müəllif: Subhan Mahmudov

Naxçıvanın 5 kəndində hərbi sursatlar aşkarlanıb - YENİLƏNİB + FOTO/VİDEO

Naxçıvanın 5 kəndində hərbi sursatlar aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu, Çalxanqala, Təzəkənd, Şahtaxtı və Xok kəndləri ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 4 ədəd top mərmisi, 1 ədəd minaatanın minası və 1 ədəd qumbaraatan mərmisinin hissəsi olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

 

***17:34

Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Kəngərli rayonunda partlamamış 6 ədəd mərmi aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunan 2 ədəd 122 mm-lik, 1 ədəd 112 mm-lik, 1 ədəd 87 mm-lik top mərmisi, 1 ədəd 84mm-lik minaatan mərmi, 1 ədəd 42mm-lik tank əleyhinə mərmi Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin minalardan təmizlənmə üzrə pirotexnik qrupu tərəfindən götürülərək zəzərsizləşdirilməsi üçün məhvetmə ərazisinə daşınıb.


Naxçıvanın 5 kəndində hərbi sursatlar aşkarlanıb - YENİLƏNİB + FOTO/VİDEONaxçıvanın 5 kəndində hərbi sursatlar aşkarlanıb - YENİLƏNİB + FOTO/VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026