• Bakı C

    4.4 m/s

  • USD - 1.7

    EUR - 1.7692

    RUB - 1.6998

Naxçıvanın büdcə gəlirləri nə qədər olacaq?

İQTİSADİYYAT

11 Dekabr 2024 | 19:33

Naxçıvanın büdcə gəlirləri nə qədər olacaq?

Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin gəlirləri 527 milyon 959 min manat, xərcləri 540 milyon manat məbləğində proqnozlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu gün muxtar respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin iclasında "Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcə" layihəsinin müzakirəsi keçirilib.

İqtisadi siyasət komitəsinin sədri Emin Şıxəliyev diqqətə çatdırıb ki, 2025-ci il üzrə Naxçıvan Muxtar Respublikası büdcəsinin layihəsinə nəzər saldıqda gəlir mənbələri üzrə artım müşahidə olunur ki, bu da artıq iqtisadi inkişafın yeni mərhələdə formalaşmasından xəbər verir.

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini icra edən Abbas İsmayılov və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Anar İbrahimov qanun layihəsi barədə məlumat veriblər.

Sonda müzakirə olunan məsələ ilə əlaqədar İqtisadi siyasət komitəsinin rəyi oxunub, qanun layihəsi yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti iclasının müzakirəsinə tövsiyə olunub.

Xatırladaq ki, muxtar respublikanın 2024-cü il büdcəsinin gəlirləri 173 milyon 105 min manat, xərcləri isə 516 milyon 365 min manat səviyyəsində proqnozlaşdırılır.


SON XƏBƏRLƏR

25 Dekabr 2024