• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Netanyahu: “İran beynəlxalq naviqasiya azadlığına zərbə vurur”

DÜNYA

20 Fevral 2023 | 00:37 | Müəllif: Subhan Mahmudov

Netanyahu: “İran beynəlxalq naviqasiya azadlığına zərbə vurur”

İsrailin baş naziri Benyamin Netanyahu İranı keçən həftə Fars körfəzində neft tankerinə hücumda ittiham edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, Nazirlər Kabinetinin həftəlik iclasında deyib.

“Keçən həftə İran Fars körfəzində yenidən neft tankerinə hücum edib və beynəlxalq naviqasiya azadlığına zərbə vurub”, - deyə hökumət başçısı bildirib.

Xatırladaq ki, Liberiya bayrağı altında üzən gəminin kapitanı fevralın 10-da Ərəb dənizində tankerin dron hücumuna məruz qaldığını təsdiqləyib.

Qeyd edək ki, Tehran son illərdə bu cür hücumların arxasında dayandığına dair bütün ittihamları rədd etsə də, İran hakimiyyəti insidentlə bağlı şərh verməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR