Nigeriyanın şimalındakı bir kənddə silahlı şəxslər tərəfindən ən azı 30 nəfər öldürülüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Vanguard News" məlumat yayıb.
Hücum edənlər həmçinin çox sayda sakini girov götürüblər.
Silahlı şəxslər motosikletlərlə kəndə daxil olub və ayrı-seçkilik etmədən atəş açıblar. Onlar mağazaları talan ediblər və yerli bazarı yandırıblar.
Qeyd edək ki, Nigeriyanın müxtəlif yerlərində böyük quldur dəstələri fəaliyyət göstərir.
Bakı 




