• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Olimpiya oyunlarına yeni idman növü daxil edilə bilər

İDMAN

10 Avqust 2021 | 00:47 | Müəllif: Subhan Mahmudov

Olimpiya oyunlarına yeni idman növü daxil edilə bilər

Avstraliya Netbol Federasiyası bu idman növünün Olimpiya Oyunlarının proqramına salınması üçün Beynəlxalq Olimpiya Komitəsinə müraciət edib.

 Bakıvaxtı.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

“Netbolu dünyanın 80-dən çox ölkəsində 20 milyondan çox insan oynayır. Bu oyun Olimpiadada təmsil olunmağa layiqdir”, - deyə Avstraliya Netbol Federasiyasının baş direktoru Kelli Rayan vurğulayıb.

Qeyd edək ki, netbol basketbola bənzər idman növüdür.

İdmanın bu növündə topu əldə edən idmançıya hərəkət etmək qadağandır və hər idmançı topu səbətə ata bilməz.

Netbol Avstraliyada ən populyar idman növüdür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026