• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ölüm yatağında evləndi - Ən gözəl toy hədiyyəsini aldı

DÜNYA

06 Iyul 2022 | 16:05

Ölüm yatağında evləndi - Ən gözəl toy hədiyyəsini aldı

Xəstəxanada öləcəyini düşünüb son nəfəsini verməzdən əvvəl sevdiyi qadınla evlənməyə qərar verən kişi dünyanın ən gözəl toy hədiyyəsini alıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, 47 yaşlı Maurizio Kalorio iyun ayında infarkt keçirdikdən sonra həyati dəstək aparatına yerləşdirilib.

Ona yalnız bir neçə həftə yaşaya biləcəyini bildiriblər. 

Xəstəxanada olan adama onun hər keçən gün ölümə yaxınlaşdığı deyilirdi.

Mauritsio ölməzdən əvvəl son arzusunun illərdir birlikdə olduğu sevgilisi, 42 yaşlı Silvia Duka ilə evlənmək olduğuna qərar verib.

Cütlük Mauritsionun xəstəxana otağında evlənib.

Onlar sentyabrda evlənməyə qərar verdiklərini, amma o vaxta kimi zamanları olub-olmayacağını bilmədiklərini, buna görə də elə buradaca evləndiklərini bildiriblər.

Əslində, Mauritsio Kalorio vəziyyəti pisləşdiyi üçün ürək nəqli gözləmə siyahısında idi, lakin cütlüyün toylarına qədər gözləmək şansı yox idi.

Xəstəxanadakı nikah mərasimindən bir neçə saat sonra Mauritsioya uyğun ürəyin tapıldığı bildirilib. 

Bu, onlar üçün ən yaxşı toy hədiyyəsi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026