• Bakı 23° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Onlayn yolla narkotik alan şəxs saxlanıldı

HADİSƏ

17 Iyun 2025 | 09:13

Onlayn yolla narkotik alan şəxs saxlanıldı

Əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşından müxtəlif növ narkotik vasitələr alan əvvəllər məhkum olunmuş Rövşən Bağırov saxlanılıb.

Bildirilib ki, adıçəkilən şəxsdən 1 kiloqrama yaxın marixuana və 350 qram heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


SON XƏBƏRLƏR

16 Iyun 2025