• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Operativ qərargah rəsmisindən üçüncü doza ilə bağlı AÇIQLAMA

CƏMİYYƏT

23 Iyun 2021 | 18:30

Operativ qərargah rəsmisindən üçüncü doza ilə bağlı AÇIQLAMA

Ölkəmizdə hələlik üçüncü doza peyvəndin tətbiq olunmasına ehtiyac yoxdur.

Bunu “ARB 24”ün “Xəbərlər” proqramına açıqlamasında Nazirlər Kabineti yanında operativ qərargahın üzvü Rəşad Mahmudov deyib.

“Bu gün üçün dünyada üçüncü doza peyvəndi geniş tətbiq edən hər hansı ölkə olmadığı üçün bu haqda fikir ortaya qoymaq doğru olmaz. Amma istər səhiyyə ocaqlarımız, istər bu siyasəti həyata keçirən qurumlar, eləcə də operativ qərargah həm ölkəmizin, həm də dünyada var olan təcrübələrin, ən başda da ÜST-ün tövsiyələrinə uyğun şəkildə addım atır. Əminəm ki, gələcəkdə ehtiyac olduğu halda Azərbaycan səhiyyə sistemi də üçüncü doza məsələsini həyata keçirəcək. Amma bu gün üçün buna hər hansı ehtiyac duyulmamaqdadır”, - deyə o bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026