• Bakı 21° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Ötən gün 30 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürüldü 

HADİSƏ

28 Fevral 2024 | 10:45

Ötən gün 30 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürüldü

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 27-də ümumi çəkisi 30,4 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5,3 kiloqramdan artıq heroin, 22,5 kiloqramdan çox marixuana, 490 qram tiryək, 2 kiloqramdan çox metamfetamin, həmçinin 427 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026