• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Pakistanda mədən faciəsi: Çox sayda ölənlər var

DÜNYA

04 Iyun 2024 | 09:58 | Müəllif: Subhan Mahmudov

Pakistanda mədən faciəsi: Çox sayda ölənlər var

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətinin Kvetta şəhəri yaxınlığındakı mədəndə metan qazından zəhərlənmə nəticəsində azı 11 mədənçi ölüb.

Bakıvaxtı.az bildirir ki, Bəlucistan əyalət hökumətinin mədənlər üzrə baş müfəttişi Əbdül Qani Kakarın sözlərinə görə, metan qazının yığılması insanların ölümünə səbəb olub.

O bildirib ki, mədənçilər təxminən 450 metr dərinlikdə işləyiblər. Xilasetmə qrupları bir neçə saatdan sonra onların cəsədlərini çıxarıblar.

Baş mədən müfəttişi əlavə edib ki, hadisənin səbəblərini və səhlənkarlığa yol verilib-verilmədiyini öyrənmək üçün araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026