• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Parlamentdə gender bərabərliyi ilə bağlı illik məlumat qəbul edildi

SİYASƏT

20 Dekabr 2022 | 13:00 | Müəllif: Qalib İbrahimoğlu

Parlamentdə gender bərabərliyi ilə bağlı illik məlumat qəbul edildi

Milli Məclis ölkəmizdə gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanı – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik hesabatını qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məsələ parlamentin dekabrın 20-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Hesabatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib.

Deputatlar rəy və təkliflərini bildirdikdən sonra Bahar Muradova onları maraqlandıran sualları cavablandırıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik hesabatı səsvermədən sonra qəbul edilib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR