• Bakı 4° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Paşinyan “köhnə valı oxudur” - Azərbaycan hər an gücdən istifadə edə bilər

GÜNDƏM

08 Sentyabr 2023 | 15:55 | Müəllif: Qalib İbrahimoğlu

Paşinyan “köhnə valı oxudur” - Azərbaycan hər an gücdən istifadə edə bilər

"Ermənistanın müharibədən sonra sülhə gələcəyi ilə bağlı müəyyən gözləntilər var idi. Ancaq gedişat göstərdi ki, danışıqlar vaxtı uzatmaq və “Miatsum” layihəsini yenidən gündəmə gətirmək məqsədi daşıyır".

Bunu Bakıvaxtı.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, üç il davam edən görüşlər də göstərdi ki, İrəvan sadəcə imitasiyası ilə məşğul olub: "Aydın oldu ki, Ermənistanın siyasi elitası və onun havadarları köhnə siyasəti davam etdirmək üçün addımlar atırlar. Qarabağda hələ də Ermənistan silahlı qüvvələrinin hərbçiləri mövcuddur və hamısı Ermənistan büdcəsindən maaş alan məmurlar, hərbçilərdir. İrəvan açıq şəkildə hərbi işğalı davam etdirir. Beynəlxalq ictimaiyyəti aldatmaq üçün əleyhimizə müxtəlif təbliğat həmlələri təşkil edirlər”.

Keçmiş nazirə görə, lazımi addımlar atmalıyıq ki, ərazi bütövlüyümüz və suverenliyimizi müdafiə edək. Buna nail olmaq üçün istənilən addımları atmalıyıq. Hər bir dövlətin əsas vəzifəsi ərazi bütövlüyü və suverenliyi qorumaqdır.

T.Zülfüqarov qeyd edib ki, Ermənistan köhnə havadarı Rusiyanı başqası ilə əvəzləmək istəyir: "Uzun illər Moskvanın tapşırıqlarını yerinə yetirən ermənilər görürlər ki, Rusiyanın imkanları tükənib. Ona görə də özlərinə yeni havadarlar axtarırlar. Ermənistan artıq Rusiyanı öz müttəfiqi kimi görmür. Rusiyanın mövqeləri bölgədə o dərəcədə zəifləyib ki, Nikol Paşinyan Moskvaya qarşı açıq şəkildə fikirlər səsləndirdi. Burada təkcə Hindistan və Fransanı yox, digər ölkələri də tapmaq olar”.

Müsahibimiz bildirib ki, bəzi qüvvələr bölgədə münaqişənin davam etməsində maraqlıdır. Fransa və İran iddialarını açıq-aşkar göstərir.

“Azərbaycanın öz maraqlarını müdafiə etmək gücdən istifadəsi istisna olunmur. Azərbaycan bu gücün yüksək səviyyəsini hər an istifadə edə bilər", - deyə Tofiq Zülfüqarov vurğulayıb.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026