• Bakı 25° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Paşinyan parlamentin yeni sədr namizədini açıqladı

DÜNYA

25 Iyun 2026 | 19:49 | Müəllif: Subhan Mahmudov

Paşinyan parlamentin yeni sədr namizədini açıqladı

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının İdarə Heyətinin iclasında keçirilən müzakirə və qapalı gizli səsvermə nəticəsində Ruben Rubinyan Milli Məclisin sədri vəzifəsinə namizəd seçilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Armenpress” agentliyi məlumat yayıb.

Məlumata görə, iclasdan sonra jurnalistlərə açıqlama verən Ermənistanın Baş naziri və “Vətəndaş Müqaviləsi” Partiyasının sədri Nikol Paşinyan səsvermənin nəticələrini təsdiqləyib.

Qeyd edək ki, hazırda Ermənistan parlamentinin spikeri vəzifəsini 2021-ci ildən bəri Alen Simonyan icra edir.

Onu da bildirək ki, Ruben Rubinyan bundan əvvəl parlament sədrinin müavini vəzifəsini icra edib və Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə Ermənistanın xüsusi nümayəndəsidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026