• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Pensiya yaşının azaldılması gözlənilir? - AÇIQLAMA

CƏMİYYƏT

06 Iyun 2022 | 14:38 | Müəllif: Qalib İbrahimoğlu

Pensiya yaşının azaldılması gözlənilir? - AÇIQLAMA

Ölkədə pensiya yaşının azaldılması məsələsi tez-tezə gündəmə gəlir. Milli Məclisdə pensiya yaşının azaldılması ilə bağlı bir neçə dəfə məsələ qaldırılsa da, hələ də müsbət nəticə əldə olunmayıb.

Pensiya yaşının azaldılması gözlənilirmi?

Deputat Razi Nurullayev Bakıvaxtı.az-a bildirib ki, bu məsələni bir neçə dəfə Milli Məclisdə qaldıraraq, müzakirəyə çıxarıblar: "Bununla bağlı müəyyən qanunvericilik aktları parlamentə daxil olanda sözümüzü demişik, aidiyyatı qurumların üzvləri Milli Məclisdə olanda onlara müraciət etmişik. Mən bildiyim qədər pensiya yaşının azaldılması ilə bağlı hələ heç bir addım atılmır, belə bir məsələ hökumətin gündəmində yoxdur".

R.Nurullayev deyib ki, bu məsələnin vacibliyini nəzərə alaraq gündəmə gətirir: "Ümid edirəm ki, bizim səsimiz eşidiləcək”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026