• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

PKK-nın liderlərindən Bilal Onat zərəsizləşdirildi

DÜNYA

16 Iyul 2023 | 15:25 | Müəllif: Subhan Mahmudov

PKK-nın liderlərindən Bilal Onat zərəsizləşdirildi

Türkiyə komandoları İraqın şimalında terror təşkilatı PKK-nın Əvasin əyaləti adlanan hökumətinin üzvü terrorçu Bilal Onatı havadan dəstəkli əməliyyatla zərərsizləşdirib.

Bakıvaxtı.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyindəki mənbələrdən alınan məlumata görə, Avasin bölgəsində hücuma hazırlaşan bir qrup terrorçu PUA tərəfindən aşkarlanıb.

Bölgəyə qarşı hava dəstəkli əməliyyatda terrorçu qrup zərərsizləşdirilərkən terrorçulardan birinin "Devrim Qarzan" kod adlı Bilal Onat və "Sidar Amed" kod adlı Mazlum Yılmaz olduğu müəyyən edilib.

Terrorçulardan Onat adlı şəxsin terror təşkilatı PKK-nın Avasin əyaləti adlanan hökumətinin üzvü olduğu bildirilib.

Türkiyə Silahlı Qüvvələrinin əməliyyatı ilə terror təşkilatı PKK-nın Zap bölgəsindəki döyüşündən məsul olan Serzan Mava kod adlı Ferit Yüksel gizləndiyi mağarada zərərsizləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026