• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ərdoğan Misirdə səfərdədir - YENİLƏNİB

DÜNYA

19 Dekabr 2024 | 13:12

Ərdoğan Misirdə səfərdədir - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdə səfərdədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd edilib ki, Prezident "TUR" xüsusi təyyarəsi ilə Misirin paytaxtı Qahirəyə gəlib.

Onu Qahirə Beynəlxalq Hava Limanında xarici işlər naziri Hakan Fidan, Türkiyənin Qahirədəki səfiri Salih Mutlu Şen və Misir rəsmiləri qarşılayıblar.

***

10:13

Prezident Rəcəb Tayyib Ərdoğan Misirə gedib.

Bakıvaxtı.az bu barədə yerli mediaya istinadla xəbər verir.

Bildirilib ki, Prezident Rəcəb Tayyib Ərdoğan D-8 Zirvə Toplantısının Açılış Sessiyası və Fələstin və Livandakı vəziyyətlə bağlı Xüsusi Sessiyada iştirak etmək üçün Esenboğa Hava Limanından Misirə yola düşüb.

Qahirədə keçiriləcək sammitdə regional və qlobal məsələlərlə yanaşı, iqtisadi əlaqələr də müzakirə olunacaq.

Nuriyyə Musayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR