• Bakı 19° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Prezident: "Zəngəzur dəhlizi ilə bağlı razılıq əldə olundu"

SİYASƏT

24 May 2022 | 00:13

Prezident: Zəngəzur dəhlizi ilə bağlı razılıq əldə olundu

Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüşdə Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı razılıq əldə olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında deyib.

Azərbaycan və Türkiyə prezidentləri bölgədə sülhün tezliklə əldə edilməsinin önəmini vurğulayıblar.


SON XƏBƏRLƏR

13 Sentyabr 2025