• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

"Prezidentin işgüzar səfəri ölkəmizin maraqlarının qorunmasına xidmət edir"

LAYİHƏ

23 Avqust 2023 | 11:40

Prezidentin işgüzar səfəri ölkəmizin maraqlarının qorunmasına xidmət edir

6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə işgüzar səfər edib. Səfər çərçivəsində Macarıstanın hökumət başçısı, həmçinin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü xanım Jelka Tsviyanoviç və Serb Respublikasının Prezidenti Milorad Dodik ilə görüşülüb, ikitərəfli və çoxtərəfli münasibətlər müzakirə olunub.

Bakıvaxtı.az mövzu ilə bağlı Milli Məclisin deputatılarından açıqlama alıb. 

***

Tural Gəncəliyev

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Tural Gəncəliyev bildirib ki, Azərbaycan prezidentinin Macarısatana baş tutmuş səfəri ölkələrimiz arasında münasibətlərin daha yüksək səviyyəyə çatmasının və strateji müttəfiqlik, strateji  düşüncə oxşarlığı səviyyəsində münasibətlərin qurulduğunun göstəricisidir. 

“Azərbaycan-Macarıstan münasibətləri iqtisadi-enerji, ticarət əlaqələrilə yanaşı Macarıstan və Azərbaycan liderlərinin, xalqlarımızın son illər bir-birinə daha da yaxınlaşması konteksində çox böyük əhəmiyyət daşıyır. Çünki Macarıstan Avropa İttifaqının, NATO-nun üzvüdür, xüsusilə Mərkəzi və Şərqi Avropa ölkələri arasında xüsusi çəkisi olan ölkədir. Macarıstan Azərbaycanla əlaqələrdə neft-qaz sahəsində əməkdaşlıq edir, qida sənayesində isə qarşılıqlı investisiyanın artırılması, elm, təhsil və mədəniyyət məsələləri sahəsində əməkdaşlıq gündəmdədir”, -deyə T.Gəncəliyev bildirib.

O qeyd edib ki, son zamanlar Azərbaycanın Orta Dəhliz istiqamətində açar ölkəyə çevrilməsi və bunun Avropa ilə Cənub-Şərqi Asiyanın birləşdirilməsi istiqamətində Azərbaycanın rolu münasibətlərimizin daha da dərindən inkişaf etməsinə səbəb olub: “Macarıstan bizim Avropa İttifaqında ən önəmli ticarət və strateji tərəfdaşımızdır. Macarıstanla əlaqələr həm də ona görə önəmlidir ki,Türk Dövlətləri Təşkilatında, Turan ideyasında ayrılmaz bir elementir. Tarixi və mədəni əlaqələrimizi də unutmamalıyıq.  Macarıstan hun türklərinin yaşadığı ərazilərdən biridir. Macarıstan Avstriya-Macarıstan imperiyasının mərkəzi olub və özünü orta dəhliz adlandıran Azərbaycana yaraşan, uyğun strateji ölkədir.

Türkiyə, Azərbaycan və Macarıstanın dövlət başçılarının əlaqələrini və bir yerdə hərəkət etmələrini də unutmamlıyıq. Regional əməkdaşlıqda Xəzər dənizində Azərbaycan, Qara dənizdə Türkiyə, Şərqi və Mərkəzi Avropada Macarıstan əsas rolu oyanır. Bu üçlüyün böyük geosiyasi xəritədə əldə etdikləri uğurlar rəqiblərimizə bir mesajdır.

Azərbaycan  Avropa İttifaqının 27 ölkəsidən 9-u ilə strareji əlaqələr qurub, onların arasında birinci yerdə Macarıstandır”.

***

Cavid Osmanov

Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, Macarıstanda keçirilən görüşdə qida sənayesi və əczaçılıq sahəsində əldə edilmiş dinamika xüsusi qeyd olundu: “Bu sahədə əlaqələrin daha da inkişaf etdirilməsi vurğulandı.

Macarıstan şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən böyük bərpa və qruuculuq işlərində fəaliyyətə başlaması iki ölkə arasında dost və qardaş münasibətinin olduğunun göstəcisidir. Çünki prezident İlham Əliyev əvvəllər bildirmişdi ki, Azərbaycanın haqlı işinə dəstək olana dost və qardaş olan ölkələrin şirkətləri işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcəklər.

Elm və təhsil sahəsində əməkdaşlıq xüsusi vurğulandı. Yaşıl enerji sahəsində strateji sənədin imzalanmasının önəmi vurğulandı. Müasir dövrdə nəqliyyat dəhlizlərinin önəmi böyükdür və geosiyasi proseslər nəticəsində bəzi dəhlizlər iflic vəziyyətə düşüblər.Orta dəhlizin səmərli olması və dəhlizin daha da işlək vəziyyətə gətirilməsi müzakirə olunub”.

O qeyd edib ki, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü xanım Jelka Tsviyanoviç və Serb Respublikasının Prezidenti Milorad Dodik ilə görüşündə hər iki ölkə arasında bir sıra istiqamətlər üzrə, xüsusi ilə strateji əməkdaşlıq müzakirə olundu: “Gələcəkdə enerji resurslarına əlçatanlıq məsələsi xüsusi qeyd edildi.  

İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı günbəgün artmaqdadır. Macarıstana işgüzar səfər Azərbaycanın bir sıra ölkələrlə qarşılıqlı əmədakşlığının və mövqelərinin  daha da möhkəmlənməsi baxmından önəmlidir və yüksək prespektivlər göstərdi”.  

***

Arzu Nağıyev

Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, Macarıstanla əlaqələrimiz çoxşaxəlidir: “İqtisadi, siyasi, mədəni, təhsil sahəsində Macarstanla əlaqələrimiz genişlənib. Macarıstan Avorpa İttifaqı ölkələri arasında strateji tərəfdaşımız olan ölkədir.

“Rəsmi Budapeşt Azərbaycanı enerji təhlükəsizliyilə bağlı təhdidlərin qarşısını ala biləcək dövlətlərdən biri kimi qəbul edir.

Yaşıl enerji və Xəzər dənizində həyata keçiriləcək enerji layihələrində Macarıstan iştirak edəcək. Təhsil sahəsini, xüsusilə azərbaycanlı tələbələrin Macarıstanda təqaüdlə təhsil alması məsələsini xüsusi qeyd edə bilərik. Azərbaycanın ali təhsil müəssisəsində macar dili fakültəsinin fəaliyyətə başlamasını da  vurğulamalıyıq.

Beynəlxalq təşkilatlarda həmrəyik, əksər məsələlərdə birgə fəaliyyət göstəririk. Strateji tərəfdaşlıq müqaviləsinə uyğun olaraq fəaliyyətlər davam edir. Macarıstanın Orta Dəhlizə qoşulması, ixrac imkanlarını genişləndirməsi və logistika məsələsini gücləndirməsində maraqlıdır.

Səfərin müsbət cəhətlərindən biri də ondan ibarətdir ki, Budapeştdə Türk Dövlətləri Təşkilatlarının və Avropa ölkələrinin rəhbərlərilə görüşlər də xüsusi əhəmiyyətə malikdir. Bu səfər prespektivlər üçün böyük əhəmiyyətə malikdir”, - deyə deputat bildirib.

***

Naqif Həmzəyev

Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Budapeştdə Qara dənizin dibi ilə yaşıl enerji dəhlizinin inşa edilməsi və Azərbaycanın enerji resurslarının Macarıstana kimi çatdırılması məsələsi müzakirə olunub: “Neft-qaz, qida sənayesi sahəsində əməkdaşlıqla yanaşı, təhsil sahəsində əldə edilmiş uğurlar da müzakirə olunub. Macarıstan azərbaycanlı tələblər üçün fürsətlər təklif edir. Bu ölkədə Azərbaycana yüksək ixtisaslı kadrların hazırlanması və onların ölkəmizə töhfə verməsi həm rəsmi Budapeştdə, həm də rəsmi Bakıda yüksək dəyərləndirilir.

Beynəlxalq təşkilatlarda Azərbaycanla Macarıstan bir-birini dəstəkləyirlər, Türk Dövlətləri Təşkilatında əldə edilən uğurlar və prespektivlər də gündəmdədir”. 

O qeyd edib ki, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü xanım Jelka Tsviyanoviç və Serb Respublikasının Prezidenti Milorad Dodik ilə görüşündə Azərbaycanın enerji resurslarının çatdırılması, digər Balkan ölkələrinin enerji təhlükəsizliyində ümumi rolu və prespektivlər müzakirə olundu: “Azərbaycan dost və qardaş ölkələrlə münasibətlərini qoruyub saxlamaqda və inkişaf etdirməkdə maraqlıdır. Və Prezidentin işgüzar səfəri də Azərbaycanın mövqeyinin və maraqlarının qorunmasına xidmət etməkdədir. Ümumilikdə əldə edilmiş razılıq Azərbaycan iqtisadiyyatının və diplomatiyasının güclənməsinə dəstək olacaqdır”.

Ramid İbrahimov

Yazı Media İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

26 Iyul 2024