• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Prezidentin plakatını daşıdığı şəhidin adı gəmiyə verildi

CƏMİYYƏT

10 Iyun 2022 | 10:02 | Müəllif: Qalib İbrahimoğlu

Prezidentin plakatını daşıdığı şəhidin adı gəmiyə verildi

Daha bir şəhidin adına gəmi olacaq.

Bakıvaxtı.az xəbər verir ki. “Palmali”nin növbəti gəmisi Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin adını daşıyacaq. Gəmi iyunun 12-də İstanbuldan səfərlərini davam etdirəcək.

Bununla əlaqədar olaraq, Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Xüsusi Təyinatlı Qüvvələrin Baş leytenantı Adil İbrahimlinin ailəsi Türkiyəyə dəvət edilib. "Palmali" Şirkətlər Qrupunun Prezidenti Mübariz Mənsimov şəhidin atasından gəmiyə "Adil İbrahimli" adının verilməsi ilə bağlı icazə alıb xeyir duasını istəyib.

Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin Baş leytenantı Adil İbrahimli 7 noyabr 2020-ci ildə Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. Adil İbrahimli noyabrın Bakı şəhərində dəfn olunub. Onun dəfn mərasimindən çəkilən fotoşəkil isə, eyni zamanda, Azərbaycan qadının mərdliyinin, qürurunun və vətənpərvərliyinin rəmzi olaraq aparıcı mediaların sərlövhələrində yer tutub. Fotonun qəhrəmanı həyat yoldaşının tabutunu daşıyan igid Azərbaycan qadını, şəhid Adil İbrahimlinin həyat yoldaşı, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Ələkli kəndindən olan Nargül xanımdır. Vətən müharibəsində Nargül xanımın qardaşı Elton Qəmbərli də doğma torpaqları naminə canından keçib və oktyabrın 24-də Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq 27 sentyabr 2021-ci ildə keçirilən Anım Günündə Bakı şəhərində təşkil edilmiş yürüş zamanı müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev məhz Vətən Müharibəsi Qəhrəmanı, şəhid Adil İbrahimlinin fotosu əks olunmuş plakatı daşıyırdı.

Nuranə Daxilqızı


Prezidentin plakatını daşıdığı şəhidin adı gəmiyə verildiPrezidentin plakatını daşıdığı şəhidin adı gəmiyə verildi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026