• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Psixoloq Hüseynbala Mirələmovun hərəkətini şərh etdi: “Andropoz dövründə olan psixoloji pozuntu...” 

CƏMİYYƏT

22 Aprel 2021 | 16:28

Psixoloq Hüseynbala Mirələmovun hərəkətini şərh etdi: “Andropoz dövründə olan psixoloji pozuntu...”

Sabiq deputat, 76 yaşlı Hüseynbala Mirələmovun xanım köməkçisinə qarşı qeyri-etik hərəkət etdiyi görüntü sosial şəbəkələrdə yayılıb. Həmin videogürüntü ictimaiyyətin müzakirəsinə səbəb olub.

Mövzu ilə bağlı psixoloqAytən Ələkbərova Bakivaxti.az-a açıqlamasında bildirib ki, bu hərəkətlərə səbəb kişilərdə andropoz dövründə baş verən psixoloji pozuntu ilə əlaqəlidir.

“Yaşlı bəylər onlarda müşahidə olunan cinsi uyğunsuzluğa, cinsi zəifliyə öyrəşə bilmədikləri halda bu cür toxnuşlarla sanki özündə bir rahatlıq tapmağa çalışırlar”,-deyə psixoloq bildirib.

A.Ələkbərova qeyd edib ki, bu yaşda olan bəylərdə andropoz dövrü müşahidə olunur: “Yəni hormonların aşağı düşməsi, şəkərli diabet və prostat xəstəlikləri, hiporteniyanın qalxması, cinsi ereksiya (penisin ölməsi) zaman bəzən belə toxunuşlarla gənclik dövrlərini sanki xatırlamaq istəyirlər. Harmonların aşağı düşməsi dövründə bu kimi hadisələr baş verə bilir.

Psixoloq qeyd edib ki, videoya əsasən demək olar ki, qeyri-adi təcavüz hərəkətləri yoxdur: “Pedaqoq Anton Makarenko deyirdi ki, cinsi tərbiyə sevgi tərbiyəsi olmamalıdır. Cinsi tərbiyənin nəzəri və praktik problemləri ancaq şəxsiyyət psixologiyasının nailiyyətləri baxımından həll oluna bilər”.

A.Ələkbərova qeyd edib ki, bu görüntüləri yayan şəxslərin cəzalandırılması lazımdır.

Qeyd edək ki, aprelin 21-də sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olduğu videosu yayılıb. Həmin görüntülərin də ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi bildirilir.  

H.Mirələmov 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP Xətai rayon təşkilatının sədridir. Texnika elimləri doktoru, professorudur.

2005, 2010 və 2015-ci illərdə 33 saylı Xətai birinci seçki dairəsindən III, IV və V çağırış Milli Məclisə deputat seçilib. Milli Məclisin Aqrar siyasət və Mədəniyyət komitələrinin üzvü olub. 

Ramid İbrahimov

Bakivaxti.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR