• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Putin Ərdoğanla görüşəcək

SİYASƏT

29 Avqust 2025 | 18:56 | Müəllif: Gülşən Şərif

Putin Ərdoğanla görüşəcək

 "Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, liderlərin görüşü Çində baş tutacaq və bu, onların cari ildə ilk üzbəüz görüşü olacaq.

Uşakov qeyd edib ki, prezidentlər ikitərəfli əməkdaşlığın müxtəlif məsələlərini, eləcə də beynəlxalq mövzuları müzakirə edəcəklər:

"Ukrayna məsələsi də müzakirə ediləcək. Müzakirə mövzuları arasında Yaxın Şərq, Şimali Afrika, Qafqaz və digər regionlar da olacaq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026