"Mövcud vəziyyətdə "Taliban" Əfqanıstana nəzarət edir".
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu mətbuat konfransında çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib.
Putinin sözlərinə görə, "Taliban" islamçı radikal hərəkatı ilə əlaqələr qurmaq lazımdır.
"Yaxın Şərqdə indi hamıya yaxşı məlum olan problemlər var. Moskva Əfqanıstanda hakimiyyətə nəzarət edən "Taliban"la tammiqyaslı əlaqələr qurmağa yaxındır" - deyə Rusiya prezidenti bildirib.
Gülşən Şərif