• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

“Qarabağ” “Neftçi”yə qalib gəldi

İDMAN

18 Dekabr 2023 | 22:07 | Müəllif: Subhan Mahmudov

“Qarabağ” “Neftçi”yə qalib gəldi

Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, son oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.

Əzəli rəqiblər “Qarabağ”la “Neftçi” mərkəzi arenada üz-üzə gəliblər. Birinci hissədə qapılara qol vurulmayıb. Hesabı 71-ci dəqiqədə ağdamlılar açıblar. Yassin Benzia yaxın məsafədən topu qapıdan keçirib. Qarşılaşmada son nöqtəni 90+2-ci dəqiqədə Hamidu Keyta qoyub. Nəticədə 2:0 hesablı qələbə qazanan və xallarının sayını 38-ə çatdıran Qurban Qurbanovun kollektivi liderliyini möhkəmlədib. Adrian Mutunun çalışdırdığı bakılılar isə 25 xalla beşinci pillədə qalıblar.

Beləliklə, “Neftçi”nin “Qarabağ” önündə Premyer Liqada qələbə həsrəti 10 oyuna çatıb. “Ağ-qaralar” axırıncı dəfə 2 il 7 ay əvvəl - 2021-ci ilin mayında əzəli rəqibinə qalib gəlib.

“Qarabağ”– “Neftçi” - 2:0

Qollar: Yassin Benzia, 71 (1:0), Hamidu Keyta, 90+2 (2:0)

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Vüsal Məmmədov, Kamal Umudlu

Qeyd edək ki, turun Premyer Liqada XVIII turun oyunları dekabrın 22-24-də keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026