• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Qarabağın su hövzələrində yarış keçirilə bilər" - Əhməd İsmayılov

CƏMİYYƏT

26 Aprel 2022 | 13:07 | Müəllif: Subhan Mahmudov

"Qarabağın su hövzələrində yarış keçirilə bilər" - Əhməd İsmayılov

"Bakı buxtasında yelkənli idman üzrə beynəlxalq yarışlar keçirilə bilər".

Bakıvaxtı.az  xəbər verir ki, bunu, Azərbaycan Yelkən Federasiyasının Ümumi Yığıncaq üzvü, MEDİA-nın direktoru Əhməd İsmayılov mətbuat konfransında deyib.

O, yeni əcnəbi mütəxəssislərin gəlişi ilə hədəf və ambisiyaların böyüdüyünü bildirib: "Klublarımızda rəqabətin artırılması ilə yeni idmançıları heyətə cəlb edəcəyik. Təhsil Nazirliyinin də dəstəyi ilə məktəblilərin bu növə marağını artırmaq istəyirik. Rəqabət nəticəsində gələcək beynəlxalq yarışlarda yüksək nəticələr göstərəcəyik".

İsmayılov federasiyada Şuşa ilə bağlı müzakirələrin aparıldığını söyləyib: "Bu növdə külək əsas xüsusiyyətdir. Məhz Şuşanı deyə bilmərəm, amma Qarabağın su hövzələrində qiymətləndirmə aparıldıqdan sonra orada yarış keçirilə bilər".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR