• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Qaz limiti ləğv edilir? – RƏSMİ AÇIQLAMA 

GÜNDƏM

21 Fevral 2022 | 11:22

Qaz limiti ləğv edilir? – RƏSMİ AÇIQLAMA

Son günlər sosial mediada təbii qaza tətbiq edilən limitin ləğv olunacağı və qazın hər kubmetrinin qiymətinin əhali üçün 15 qəpikdən hesablanacağı ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev Bakıvaxtı.az-a açıqlama verib.

“Limitin ləğv olunması və standart qiymətin tətbiqi ilə bağlı "Azəriqaz" Tarif Şurasına müraciət etməyib”, - deyə E.Vəliyev bildirib.  

Qeyd edək ki, Tarif Şurasının son qərarına əsasən əhali üzrə illik limit 1200m³-dək 12 qəpik, 1200-2500m³(2500 daxil olmaqla)-dək 20 qəpik, 2500m³ dən artıq istifadə etdikdə isə 25 qəpikdən hesablanır.

Ramid İbrahimov

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026