• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qazaxıstan Ukrayna sammitində niyə iştirak etmədi?

DÜNYA

17 Iyun 2024 | 20:53 | Müəllif: Subhan Mahmudov

Qazaxıstan Ukrayna sammitində niyə iştirak etmədi?

Qazaxıstanın İsveçrədə təşkil olunan Ukrayna üzrə sammitdə iştirak etməməsinin səbəbi açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.

O, beynəlxalq tədbirlərin qrafikinə görə bunun baş tutmadığını deyib.

Onun sözlərinə görə, qeyd olunan tədbirə nümayəndə heyəti göndərilməyəcəyi barədə əvvəlcədən məlumat verilib.

Xatırladaq ki, Bürgenstok şəhərində iyunun 15-16-da keçirilmiş sammitdə 90-dan çox ölkənin və 8 beynəlxalq təşkilatın nümayəndələri iştirak ediblər. Konfrans 80 ölkə və 4 beynəlxalq qurumun nümayəndələrinin imzaladığı yekun kommünikenin təsdiqi ilə yekunlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026