• Bakı 30° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8972

    RUB - 0.0186

Yakutiyada 4,8 min insan daşqınlardan zərər çəkdi

DÜNYA

17 Iyul 2024 | 19:00

Yakutiyada 4,8 min insan daşqınlardan zərər çəkdi

Yakutiyada (Rusiya subyekti) yaz daşqınları nəticəsində zərər çəkənlərin sayı təxminən 4,8 min nəfər təşkil edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu regionun rəhbəri Aysen Nikolaev “Rossiya-24” telekanalında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, artıq 229 milyon rubldan çox maddi və maliyyə yardımı kompensasiya məqsədilə vətəndaşların hesablarına köçürülüb. Ümumilikdə birdəfəlik maddi və maliyyə yardımı almaq üçün 9 mindən çox ərizə daxil olub.

Qeyd edək ki, yaz daşqınları bölgə üçün əsas problemlərdən biri sayılır. Mayın 20-dən etibarən Yakutiyada fövqəladə vəziyyət rejimi elan edilib. Zərərin ilkin məbləği 2,9 milyard rubl təşkil edir.


SON XƏBƏRLƏR