• Bakı 17° C

    1.86 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

"Qeyri-neft ixracımız 40 faizdən çox artıb" - İlham Əliyev

SİYASƏT

12 Yanvar 2022 | 21:07 | Müəllif: Qalib İbrahimoğlu

"Qeyri-neft ixracımız 40 faizdən çox artıb" - İlham Əliyev

"Bir də ki, bizim ixracımızla bağlı planlarımız həyata keçirilir. Qeyri-neft ixracımız 40 faizdən çox artıb. Bu, imkan verir ki, biz valyutanı təkcə neft-qaz hesabına yox, eyni zamanda, digər məhsullar hesabına ölkəmizə gətirək".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibə zamanı deyib.

“Nəzərə almalıyıq ki, ölkədə əhali artır, deməli, tələbat artır, daxili istehlak artır. Belə olan halda qeyri-neft ixracını artırmaq doğrudan da böyük nailiyyət sayıla bilər. Bütün bu rəqəmlər, yalnız keçən ilin rəqəmləri deyil. Bu rəqəmlərin təməlində uzunmüddətli iqtisadi strategiyamız dayanır. Keçən il biz bu strategiyanın çox gözəl nəticələrini görmüşük”, - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026