• Bakı 23° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Qubadlıya yeni prokuror təyin edildi

CƏMİYYƏT

28 Fevral 2024 | 12:10

Qubadlıya yeni prokuror təyin edildi

Qubadlı rayonuna yeni prokuror təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Emil Kərimov Qubadlı rayon prokuroru vəzifəsinə təyinat alıb.

    Qeyd edək ki, Emil Kərimov 2002-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında işə qəbul olunub.

    Əvvəllər Tərtər hərbi prokurorluğunda müstəntiq, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində mühüm işlər üzrə müstəntiq, Hərbi Prokurorluqda şöbə prokuroru, Hərbi prokurorun böyük köməkçisi və Hərbi Prokurorluqda şöbə və idarə rəisi vəzifələrində çalışıb.

    Emil Kərimov Qubadlıda anadan olub və 14 yaşı olanda erməni işğalı nəticəsində ailəsi ilə birgə məcburi köçkün düşüb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    16 Sentyabr 2026