“Revmatizm xəstəlikləri ilk etaplarda çox asanlıqla dərmanla müalicə olunur”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində canlı yayımın qonağı olan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev revmatik xəstəliklər haqqında danışarkən deyib.
Onun sözlərinə görə, gecikmiş xəstələrdə isə bu, bir sıra fəsadlara gətirib çıxara bilər:
“Ürək qan-damar sistemi, böyrək sistemi təsir altına alına bilər”.
Mütəxəssis bədəndə ağrı olduğu halda, mütləq həkimə müalicə etməyi məsləhət görür.
Günəş Mərd
















