Revmotizmdən əziyyət çəkən insanların hava şəraitindəki dəyişiklikləri – xüsusilə yağışın yaxınlaşmasını – əvvəlcədən hiss edə bilməsi elmi olaraq təsdiqlənib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məqalə “International Journal of Biometeorology” elmi jurnalında dərc olunub.
Məlumata görə, ABŞ-ın Corciya ştatında yerləşən universitetin alimləri hava şəraitinin insan orqanizminə təsirini araşdırıblar. Tədqiqat zamanı xroniki ağrılardan əziyyət çəkən şəxslərin hava proqnozunu – ağrının dərəcəsinə əsaslanaraq – düzgün şəkildə təxmin edə bildikləri ortaya çıxıb.
Ümumilikdə 4600-dən çox könüllünün iştirak etdiyi bu araşdırma, hava dəyişikliklərinin insan sağlamlığına təsirini bir daha gündəmə gətirib.
Cansu Məmmədli
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi
Bakıvaxtı.az















