• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ronaldunun "Mançester Siti"yə keçməməsinin səbəbi məlum oldu

İDMAN

28 Avqust 2021 | 17:21

Ronaldunun "Mançester Siti"yə keçməməsinin səbəbi məlum oldu

İngiltərə "Mançester Yunayted"i ilə anlaşan Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun "Mançester Siti"yə keçməməsinin səbəbi bəlli olub.

Bakıvaxtı.az "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola ilə söhbətdən sonra fikrini dəyişib.

İspaniyalı mütəxəssisin ulduz futbolçuya qarşı soyuq rəftarı və ona əsas heyətdə oynayaqla bağlı təminat verməməsi Ronaldunun qərarında həlledici olub. Nəticədə "Mançester Siti"yə keçməkdən imtina edən təcrübəli forvard doğma klubuna qayıdıb.

Qeyd edək ki, son klubu İtaliya "Yuventus"u olan Kriştianu Ronaldu 2003 - 2009-cu illərdə "Mançester Yunayted"in formasını geyinib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026