• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Rusiya DİN-dən terrorda şübhəli bilinənlərlə bağlı AÇIQLAMA

DÜNYA

23 Mart 2024 | 19:58 | Müəllif: Subhan Mahmudov

Rusiya DİN-dən terrorda şübhəli bilinənlərlə bağlı AÇIQLAMA

“Crocus City Hall”da terror aktında şübhəli bilinən şəxslər Rusiya vətəndaşları deyil.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu gün bir sıra "Telegram" kanalları və sosial şəbəkələrdə terror aktında şübhəli bilinən şəxslərin Rusiya vətəndaşları olması ilə bağlı iddialar yayılıb.

"Bu məlumat həqiqətə uyğun deyil. Onların hamısı xarici vətəndaşlardır", - deyə qeyd olunub.

Nazirlik onu da bildirib ki, hazırda Rusiya Daxili İşlər Nazirliyinin miqrasiya bölmələri Rusiya Federal Təhlükəsizlik Xidmətindən olan həmkarları ilə birlikdə saxlanılan şəxslərin hər birinin Rusiya Federasiyası ərazisində qalma müddətini öyrənir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026