• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Rusiya Ermənistanı itirdiyinin fərqindədir: Ermənilər başa düşüblər ki...

SİYASƏT

06 Iyun 2024 | 15:56 | Müəllif: Qalib İbrahimoğlu

Rusiya Ermənistanı itirdiyinin fərqindədir: Ermənilər başa düşüblər ki...

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Avropa İttifaqının Ermənistandakı monitorinq missiyası Azərbaycan, Rusiya və İran əleyhinə kəşfiyyat məlumatları toplayır.

Nazir müavini qeyd edib ki, əgər 2022-ci ildə İrəvan KTMT-nin Azərbaycanla sərhəddə vəziyyətin sabitləşdirilməsi üzrə kompleks tədbirlərlə bağlı təklifini qəbul etsəydi, hazırda Ermənistanın üzləşdiyi risklərin çoxunun qarşısını almaq olardı:

"Təəssüf ki, rəsmi İrəvan Avropa İttifaqının “monitorinq” adı altında sərhədlərin qorunması ilə deyil, Azərbaycan, İran və Rusiya əleyhinə kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olan missiyasını dəvət etməyi üstün tutdu".

Siyasi şərhçi Həsrət Rüstəmov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Rusiya Ermənistanı tədricən itirdiyinin fərqindədir.

Ekspertin sözlərinə görə, Moskva ermənilərə Rusiyanın nəzarəti altında daha yaxşı vəziyyətdə ola biləcəklərini diktə etməyə çalışır:

"Mixail Qaluzin və Rusiyanın digər rəsmiləri, həmçinin bu ölkənin siyasi şərhçiləri Cənubi Qafqazda yaranmaqda olan yeni geosiyasi durumla barışmaq əvəzinə tarixin təkərini geriyə çevirməyə yönəlmiş mənasız cəhdlərini davam etdirirlər. Ermənilər baş nazir Nikol Paşinyanın timsalında başa düşüblər ki, onlar rus imperiyasına yalnız Qafqazda destabilizasiya yaratmaq üçün lazımdırlar. Bu isə təbii ki, erməni xalqının heç vaxt normal dövlət qura bilməməsi deməkdir”.

Həsrət Rüstəmov: Moskva ermənilərə Rusiyanın nəzarəti altında daha yaxşı vəziyyətdə ola biləcəklərini diktə etməyə çalışır

Onun sözlərinə görə, Avropa İttiaqının missiyasının da əsas məqsədi bizim bölgədə yaşayan xalqların rifahına xidmət etmək deyil:

“Onların öz geosiyasi niyyətləri var və bu, əsasən bölgənin böyük tranzit imkanları ilə əlaqədardır. Qaluzinin gündəmə gətirdiyi təklifdə konkret hansı məsələlərin nəzərdə tutulduğunu bilməsək də, hər halda məntiqlə bizim deyil, ermənilərin xeyrinə olan bir plan olub. Onun baş tutmaması sevindiricidir".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR