• Bakı 26° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Rusiya SQ-nin Baş Qərargah rəisinin müavini HƏBS EDİLDİ - YENİLƏNİB

DÜNYA

23 May 2024 | 12:29

Rusiya SQ-nin Baş Qərargah rəisinin müavini HƏBS EDİLDİ - YENİLƏNİB

Rusiya Silahlı Qüvvələrinin Baş Rabitə İdarəsinin rəisi, Baş Qərargah rəsinin müavini, general-leytenant Vadim Şamarin həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə 35-ci hərbi qarnizon məhkəməsi qərar çıxarıb.

    Şamarin xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur.

    Qeyd edək ki, bu ilin aprel ayında Rusiya müdafiə nazirinin müavini Timur İvanov, daha sonra Nazirliyin Kadrlar Baş İdarəsinin rəisi general-leytenant Yuri Kuznetsov, 58-ci ordunun keçmiş komandanı İvan Popov müxtəlif ittihamlarla həbs ediliblər.

    ***

    10:58

    Rusiya Silahlı Qüvvələrinin Baş Rabitə İdarəsinin rəisi, general-leytenant Vadim Şamarin saxlanılıb. O, həm də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavinidir.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

    Hüquq-mühafizə orqanlarındakı mənbə təsdiqləyib ki, generalın evində dələduzluq iddiası ilə bağlı cinayət işi üzrə axtarış aparılıb. Nəticələrə əsasən, V.Şamarin dindirilmək üçün Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə aparılıb. İşə 235-ci qarnizon hərbi məhkəməsində baxılır.

    Bundan əvvəl müdafiə nazirinin müavini Timur İvanov və Müdafiə Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi general-leytenant Yuri Kuznetsov saxlanılaraq həbs ediliblər. Onların hər ikisi xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur.

    Qeyd edək ki, 2020-ci ildə Baş Qərargah rəisinin sabiq müavini Xəlil Arslanov silahlı qüvvələrə texnikanın tədarükündə dələduzluq və korrupsiya faktları ilə bağlı həbs edilib. O, dələduzluqda və rüşvət almaqda ittiham olunub.


    SON XƏBƏRLƏR

    15 Iyun 2024