Rusiya müharibənin 1583-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 671 təyyarəsi, 284 helikopteri, 168 852 PUA-sı, 663 zenit-raket kompleksi, 29 894 tank və digər zirehli texnikası, 1 748 reaktiv yaylım atəş sistemi, 35 495 artilleriya və minaatanı, 64 864 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Bakı 



