• Bakı 24° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Rusiyada COVİD-19 TƏHLÜKƏSİ - Məhdudlaşdırılma...

DÜNYA

16 Sentyabr 2023 | 20:00 | Müəllif: Subhan Mahmudov

Rusiyada COVİD-19 TƏHLÜKƏSİ - Məhdudlaşdırılma...

Rusiyada kəskin respirator infeksiya virusu, qrip və COVID-19-a yoluxma hallarının payızda artması fonunda bəzi müəssisələrdə müvəqqəti olaraq müəyyən lokal məhdudlaşdırılmalar tətbiq oluna bilər.

Bakıvaxtı.az bildirir ki, bu barədə "Rospotrebnadzor"un mətbuat xidmətindən bildirilib.

"Ciddi səbəblər olmadıqca, maska ​​rejimi kimi məhdudlaşdırıcı tədbirlər planlaşdırılmır. Müəssisələrdə müəyyən müddətə yerli məhdudiyyətlər tətbiq oluna bilər", - deyə qurumdan verilən açıqlamada vurğulanıb.

Operativ qərargahın məlumatına görə, son bir həftə ərzində Rusiyada COVID-19-a yoluxma halları əvvəlki həftə ilə müqayisədə təxminən 50% artıb. Sentyabrın 4-dən 9-dək 1636 nəfər COVID-19 infeksiyası ilə xəstəxanalara yerləşdirilib, 7688 yoluxma aşkarlanıb.

Sentyabrın 18-dən Rusiya Hökumət Evində maska ​​rejimi bərpa olunacağı da bildirilib./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR