• Bakı 18° C

    3.16 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Rusiyada hərbi hava limanında 3 hərbçi həlak olub

DÜNYA

23 Mart 2021 | 16:26

Rusiyada hərbi hava limanında 3 hərbçi həlak olub

Rusiyanın Kaluqa şəhəri yaxınlığında yerləşən hərbi hava limanında faciə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə ilə bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hərbi hava limanında "Tu-22M3" bombardmançı qırıcı təyyarənin üç nəfərlik ekipaj üzvü ölüb. Bildirilib ki, qırıcı yerdə olarkən gözlənilmədən katapult işə düşüb. İnsident uçuşa hazırlıq zamanı baş verib və paraşütlər isə kifayət qədər hündürlük olmadığı üçün açılmayıb.

Qeyd edək ki, "Tu-22M3" düşmən ərazisindəki hədəfləri vurmaq üçün hazırlanmış strateji, çox rejimli səsdən sürətli olan bombardmançı qırıcılar sayılır. Rusiyanın istismarında təxminən 60 belə təyyarə var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR