Rusiyada ötən sutka 25 264 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Operativ Qərargahın məlumatında bildirilir. Qeyd olunub ki, bununla ölkədə bu virusa yoluxanların sayı 10 292 983 nəfərə çatıb.
1020 nəfərin isə COVID-19-dan öldüyü bildirilib. Rusiyada ümumilikdə koronavirusdan ölənlərin sayı 300 269 nəfərə çatıb.
















