• Bakı 25° C

    12.17 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Rusiyada kütləvi səfərbərlik: İlk dəfə təlim keçirildi

DÜNYA

21 Iyun 2026 | 08:52

Rusiyada kütləvi səfərbərlik: İlk dəfə təlim keçirildi

Hazırda Rusiya payıza yaxın başlayacağı gözlənilən kütləvi səfərbərliyə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukraynanın İşğalın Öyrənilməsi Mərkəzinin rəhbəri Pyotr Andryuşenko bildirib.

Onun sözlərinə görə, may-iyun aylarında Rusiya ordusu Ukraynada döyüş meydanında böyük itkilər verib və yeni çağırışçıların cəlb olunması üzrə planlardan ciddi şəkildə geri qalır.

P.Andryuşenko qeyd edib ki, Penza şəhərində və vilayətində həqiqətən də blokpostlar və yoxlamalar təşkil olunub, lakin bu, kütləvi məcburi səfərbərliyin başlandığını göstərən sensasiya deyil.

Andryuşenkonun sözlərinə görə, daha vacib hadisə bir neçə gün əvvəl Volqoqrad vilayətində baş verib. Orada Krım istisna olmaqla, işğal olunmuş bölgələr də daxil olmaqla, bütün hərbi komissarlıqların əməkdaşları üçün səfərbərlik üzrə təlimlər keçirilib.

“Bu, onların hazırlaşdığı prosesdir. Müharibə başlayandan bəri ilk dəfə belə təlim keçirilib. Bu isə göstərir ki, Rusiya səfərbərlik tədbirlərini genişləndirməyə başlayır”, – Andryuşenko vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyun 2026