• Bakı 14° C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Rusiyalı hakim Krım körpüsündəki partlayışda öldü

DÜNYA

11 Oktyabr 2022 | 17:14

Rusiyalı hakim Krım körpüsündəki partlayışda öldü

Oktyabrın 8-i Krım körpüsündə baş verən partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Bakıvaxtı.az  xəbər verir ki, sözügedən şəxslərdən biri Moskva Arbitraj Məhkəməsinin hakimi Sergey Maslovdur. 

Məlumata görə, Maslovun idarə etdiyi “Cadillac Escalade” avtomobili körpüdə partlayan yük avtomobilinin yanı ilə hərəkət edirmiş.

Bildirilir ki, Maslov ilə yanaşı avtomobildə daha 3 nəfər olub. Onlardan ikisi evli cütlük, biri isə din xadimi olub.

Maslovun cəsədini DNA testi vasitəsilə təyin etmək mümkün olub. Bununla belə, Arbitraj Məhkəməsi məsələ ilə bağlı hələ ki açıqlama verməyib. 

Xatırladaq ki, partlayış nəticəsində 3 nəfərin həlak olduğu, 3 nəfərin isə itkin düşdüyü bildirilirdi. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026