Martın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.
ETSN Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° isti olacaq.
Bakıda gecə 5-7° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək.
Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Gecə və səhər saatlarında duman oloacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.
















