• Bakı C

    8.41 m/s

  • USD - 1.7

    EUR - 2.0039

    RUB - 2.2215

Şagirdin müəllimini güllələməsi ilə bağlı cinayət işi başlandı

CƏMİYYƏT

06 Fevral 2026 | 11:08

Şagirdin müəllimini güllələməsi ilə bağlı cinayət işi başlandı

Bakıda "İdrak" liseyində şagirdin müəllimini güllələməsi ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən məktəblərdən birində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq tərəfində tutulub.

    Hazırda prokurorluq əməkdaşları hadisə yerinin baxışının keçirir, eləcə də hadisənin başvermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir.

    Xəsarət alan şəxsə vaxtında ilkin tibbi yardım göstərilməsi təmin edilib və xəstəxanaya yerləşdirilərək müvafiq tibb müəssisəsi tərəfindən müalicəsi aparılır.


    SON XƏBƏRLƏR

    05 Fevral 2026