• Bakı 15° C

    4.72 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Şahbaz Şərif də Ərdoğana başsağlığı verdi

DÜNYA

11 Noyabr 2025 | 20:46

Şahbaz Şərif də Ərdoğana başsağlığı verdi

Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şahbaz Şərif X hesabında yazıb.

"Gürcüstanda Türkiyəyə məxsus C-130 təyyarəsinin faciəvi qəzası ilə bağlı kədərləndik. Əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana, təyyarədə olanların ailələrinə, türk qardaş və bacılarımıza dərin hüznlə başsağlığı veririk. Bu kədər anında düşüncələrimiz və dualarımız onlarla birlikdədir", - paylaşımda qeyd olunub.


SON XƏBƏRLƏR