• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Sahibə Qafarova Tacikistana səfər edib

SİYASƏT

11 Sentyabr 2022 | 17:00

Sahibə Qafarova Tacikistana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Tacikistan Respublikasına rəsmi səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən xəbərə görə, nümayəndə heyətinə Milli Məclisin Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə, qrupun üzvləri Azər Badamov, Anatoliy Rafailov və digər rəsmi şəxslər daxildirlər.

Düşənbə Beynəlxalq Hava Limanında nümayəndə heyətini Tacikistan Ali Məclisi Milli Məclisi sədrinin birinci müavini Rajabbəy Ahmadzadə, Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əsgərov, Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədrinin Tacikistan Ali Məclisinin yuxarı və aşağı palatalarının sədrləri və digər ölkə rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Görüşlərdə parlamentlərarası əlaqələrimizin inkişaf perspektivləri, əməkdaşlığın genişləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Rəsmi səfər sentyabrın 12-də başa çatacaq.


Sahibə Qafarova Tacikistana səfər edib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026