• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Şahin Mustafayev Moskvadakı terrorla bağlı Rusiya səfirliyində olub

SİYASƏT

27 Mart 2024 | 12:13

Şahin Mustafayev Moskvadakı terrorla bağlı Rusiya səfirliyində olub

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Rusiyanın Azərbaycandakı səfirliyində olub və “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı Xatirə kitabına qeyd qoyub.

Bakıvaxtı.az bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, Ş.Mustafayev Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimova başsağlığı verib, həmçinin zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, martın 22-də “Crocus City Hall”da terror aktı baş verib. Son məlumata görə, terror aktı nəticəsində 139 nəfər ölüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026