• Bakı 10° C

    5.28 m/s

  • USD - 1.7

    EUR - 1.9315

    RUB - 2.042

ANAMA-da BMTİP-in nümayəndə heyəti ilə görüş baş tutub

CƏMİYYƏT

24 Iyul 2024 | 14:20

ANAMA-da BMTİP-in nümayəndə heyəti ilə görüş baş tutub

Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladov Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) nümayəndə heyəti ilə görüş keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan ərazisində ANAMA-BMTİP-nin Mina Təhlükəsi ilə Mübarizə üzrə Beynəlxalq Qabaqcıl Təcrübə və Təlim Mərkəzinin yaradılması üzrə BMTİP-nin məsləhətçisi Yan Mansfildin də iştirak etdiyi görüşün başlıca məqsədi həmin Mərkəzin yaradılması və resursların artırılması, eləcə də bu istiqamətdə bilik və bacarıq mübadiləsinin gücləndirilməsinə dair müzakirələrdən ibarət olub.

Görüş çərçivəsində eyni zamanda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud olan mina problemi, onun aradan qaldırılması istiqamətində əməkdaşlıq imkanlarının artırılması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR

17 Aprel 2025