• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Seçkiləri rekord sayda QHT təmsilçisi müşahidə edəcək

CƏMİYYƏT

26 Yanvar 2024 | 10:00

Seçkiləri rekord sayda QHT təmsilçisi müşahidə edəcək

Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarını təmsil edən 6045 nəfərə fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini izləmək üçün müşahidəçilik vəsiqəsi təqdim olunub.

Bakıvaxtı.az Secki-2024.az saytına xəbər verir ki, bu da 2018-ci ildə keçirilmiş prezident seçkiləri ilə müqayisədə təxminən 4 dəfə çoxdur.

Eyni zamanda müşahidə prosesinə qoşulacaq QHT-lərin sayı da artıb. Belə ki, hazırda prezident seçkilərini izləmək 78 QHT-nin müşahidəçəsi qeydiyyatdan keçib.

Qeyd edək ki, seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026